CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 20 mart – FOTO

© Sputnik / Elnur Salayev20 mart
20 mart - Sputnik Azərbaycan, 1920, 20.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun
BAKI, 20 mart — Sputnik. Martın 20-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 20-də kimlər dünyaya gəlib?
Hüseynqulu Sarabski (1879-1945) - Azərbaycan SSR xalq artisti, opera müğənnisi, bəstəkar, aktyor və rejissordur. O, "Leyli və Məcnun" operasında Məcnun rolunun ilk ifaçısı olaraq bu rolda təxminən 400 dəfə çıxış edib.
© Photo : Public domainHüseynqulu Sarabski
Hüseynqulu Sarabski  - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Hüseynqulu Sarabski
Cəfər Cabbarlı (1899-1934) - Azərbaycan SSR əməkdar incəsənət xadimi, dramaturq və şairdir. Onun ən məşhur əsərləri "Aydın", "Oqtay Eloğlu", "Qız qalası", "Od gəlini"dir.
© Photo : Public domainCəfər Cabbarlı
Cəfər Cabbarlı  - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Cəfər Cabbarlı
Aleksandr Qorodnitski (1933) - Sovet və Rusiya alimi, şairi, RF əməkdar elm xadimidir. O, Rusiyada müəllif mahnısı janrının banilərindən biridir.
© Sputnik / Kemale AliyevaAleksandr Qorodnitski
Заслуженный деятеля искусств РФ Александр Городницкий - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Aleksandr Qorodnitski
Holli Hanter (1958) - ABŞ teatr və kino aktrisasıdır. O, "Oskar" mükafatının qalibidir. Aktrisa "Ceki", "Gölün zirvəsi", "Betmen Supermenə qarşı: Ədalət şəfəqi" və s. filmlərdə rol alıb.
© AFP 2023 / VALERIE MACONHolli Hanter
Holli Hanter - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Holli Hanter
Çester Benninqton (1976-2017) - ABŞ rok musiqiçisi və bəstəkarıdır. O, "Linkin Park", "Grey Daze", "Dead by Sunrise" və "Stone Temple Pilots" qruplarının vokalisti olub.
© MARCEL VAN HOORN / ANP / AFPChester Bennington
Chester Bennington - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Chester Bennington
Ksavye Dolan (1989) - kanadalı aktyor və kinorejissordur. O, Kann kinofestivalında "Qran Pri" mükafatı laureatıdır. Aktyor "Anamı öldürdüm", "Xəyali sevgi", "Yaxşı qonşular", "Tom fermada" və s. filmlərdə rol alıb.
© AFP 2023 / VALERY HACHEXavier Dolan
Xavier Dolan - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Xavier Dolan
Martın 20-də dünyada baş verən tarixi hadisələr
1792-ci ildə Fransa Milli Assambleyası gilyotinin (ölüm cəzasına məhkum olanların başını kəsmək üçün maşın) istifadəsinə icazə verib. Bir il sonra XVI Lüdovik gilyotinlə edam edilib. Uzun müddət edamlar yalnız ictimaiyyət qarşısında həyata keçirilib. Hökmdə fransız xalqının adına məhkumun ictimai yerdə başının kəsiləcəyi bildirilib.
1854-cü ildə ABŞ-da Respublikaçılar Partiyası yaradılıb.
1921-ci ildə ABŞ-ın Kanzas-Siti şəhərində Volt Disney tərəfindən qurulan "Newman Laughogram" animasiya studiyasından ilk cizgi filmi nümayiş olunub.
1956-cı ildə Tunis Fransadan ayrılaraq öz müstəqilliyini elan edib.
2012-ci ildən BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Beynəlxalq Xoşbəxtlik Günü qeyd edilir.
Hər il martın 20 və 21-də Azərbaycanda yazın gəlişi və təbiətin yenilənməsi ilə Novruz bayramı qeyd olunur. 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Xəbər lenti
0