CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 17 mart – FOTO

© Sputnik / Elnur Salayev17 марта
17 марта - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 17 mart — Sputnik. Martın 17-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 17-də kimlər dünyaya gəlib?
Hüseyn Ərəblinski (1881-1919) - Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri, teatr və kino aktyoru və rejissorudur. Onun əsl adı Hüseynbala Xələfovdur. Aktyor ilk dəfə Azərbaycan operası "Leyli və Məcnun"u tamaşaya qoyub.
© Photo : Public domainHüseyn Ərəblinski-Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri. Arxiv şəkli
Hüseyn Ərəblinski-Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Hüseyn Ərəblinski-Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri. Arxiv şəkli
Rudolf Nuriyev (1938-1993) - SSRİ, İngiltərə və Fransanın balet artisti, baletmeysterdir. O, XX əsrin ən məşhur rəqqaslarından biridir.
© Sputnik / В. ВоногRudolf Nuriyev
Rudolf Nuriyev - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Rudolf Nuriyev
Kurt Rassell (1951) amerikalı aktyor, ssenarist və prodüserdir. Tamaşaçılar onu 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərindəki fantastika və döyüş filmlərindəki rollarına görə xatırlayırlar. Bunlar "Nyu-Yorkdan qaçış", "Sümük tomaqavk", "Ölümün sübutu", "Mənfur səkkizlik" və digər filmlərdir.
© AFP 2023 / Getty Images North America / JESSE GRANTKurt Rassell
Курт Рассел - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Kurt Rassell
Dmitri Astraxan (1957) – SSRİ, Rusiya teatr və kino rejissoru, teleaparıcı, RF əməkdar artistidir.
© Sputnik / Владимир Федоренко / Mediabanka keçidDmitri Astraxan
Dmitri Astraxan  - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Dmitri Astraxan
Yunis Geyson (1928-2018) – İngiltərə teatr və kino aktrisası, müğənnidir. O, Ceyms Bondun haqqında çəkilən ilk iki filmdə - "Doktor Nou" və "Rusiyadan sevgi ilə" filmlərində onun sevgilisi Silviya Trenç rolu ilə məşhurlaşıb.
© Joel Ryan / Invision / APYunis Geyson
Британская актриса Юнис Гейсон в 2012 году - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Yunis Geyson
Martın 17-də dünyada baş verən tarixi hadisələr
1861-ci ildə Sardiniya parlamenti paytaxtı Turin olan müstəqil İtaliya Krallığını elan edib və kral II Viktor Emmanuel onun başçısı olub.
1950-ci ildə ABŞ-ın Kaliforniya Berkli Universitetində dünyanın ən bahalı metallarından biri olan radioaktiv kimyəvi element kalifornium sintez edilib. Bu gün onun qramı 27 milyon dollara başa gəlir. O, yalnız ABŞ və Rusiyadakı iki laboratoriyada istehsal olunur. İl ərzində hər iki laboratoriya nüvə enerjisində, tibbdə və geoloji kəşfiyyatda istifadə olunan 80 mikroqramdan çox olmayan metal əldə edə bilir.
1959-cu ildə ABŞ-ın SSN-578 "Skate" sualtı qayığı buz qatını yararaq Şimal qütbünə çıxıb.
Xəbər lenti
0