Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

XHƏ: Kiyev F-16 qırıcıları üçün məzarlıqlar hazırlayır

© Robin VAN LONKHUIJSEN / ANP / AFPF-16 qırıcısı, arxiv
F-16 qırıcısı, arxiv - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
ABŞ-ın "The National Interest" analitik nəşri martın 13-də yazıb ki, Ukrayna müharibədə Rusiyaya məglub olub.
BAKI, 15 mart — Sputnik. Ukrayna hərbi əməliyyatlar teatrında, şübhəsiz ki, Rusiya Aerokosmik Qüvvələri üstünlük təşkil edirlər. F-16 "Fighting Falcon" qırıcıları, NATO-nun digər silah sistemləri kimi, Kiyev rejiminə Rusiyanın xüsusi hərbi əməliyyatının (XHƏ) gedişatını və nəticəsini dəyişməyə kömək etməyəcək. Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüş təyyarələrini mülki hava limanlarının "çətiri" altına yerləşdirilməsi cəhdi bu obyektləri F-16- məzarlıqlarına, təsadüfi təyyarə sərnişinlərini isə Bandera girovlarına çevirəcək.
Kiyev rejimi qoşunlarının XHƏ zonasında şiddətli məğlubiyyətləri Ukraynanın baş aktyoru Vladimir Zelenskini Ukrayna hərbi əməliyyatlar teatrında güc balansını dəyişməyə qadir olan ABŞ-ın möcüzəvi silahına olan inamından əl çəkdirməyib. Demək olar ki, bu dini inanc Kiyevin nəzarətində olan bütün ərazilərdə israrla yayılır.
Qərb "donorları" iyulda Hollandiya Hərbi Hava Qüvvələrinin istifadəsində olan əvvəllər vəd edilmiş ABŞ istehsalının 45 F-16 qırıcısından altısını USQ-yə vermək niyyətindədirlər. Danimarka 2025-ci ildə Kiyevə daha 13 qırıcı tədarük etməyi planlaşdırır, NATO-nun digər dövlətləri isə göndərilmə tarixini qeyd etmirlər. Birinci eskadronun ukraynalı pilotları (cəmi 12 nəfər) hələ hazırlanmayıb və Danimarka, İngiltərə və ABŞ-da F-16 qırıcısı üzərində on aylıq yenidən hazırlıq kursu Kiyev rejiminə professional pilotlar vəd etmir. Ukraynalı pilotları "Fighting Falcon"dan istifadə etmək üçün tam şəkildə öyrətməyə dörd-beş il vaxt tələb olunur, Kiyev rejiminin bu qədər vaxtı yoxdur. Əməliyyat vəziyyəti sürətlə və kəskin şəkildə dəyişir.
Ukrayna Hərbi Hava Qüvvələrinin problemi saylarda deyil, pilotların, texniki işçilərin və təyyarələrin keyfiyyətində, eləcə də F-16-nın yerləşdirilməsi üçün "təhlükəsizlik adalarının" olmamasıdır. Sonuncu amil hətta NATO ölkələrindən olan təcrübəli "könüllü pilotları" da ölümə məhkum edir (əgər onlar Ukrayna hərbi əməliyyatlar teatrında döyüş tapşırıqlarını yerinə yetirmək üçün cəlb edilərsə). 2024-cü ildə vəd edilən altı F-16 qırıcısının payıza qədər səmada və ya Ukrayna aerodromlarının hər hansı birində yanacağına zəmanət verilir. İntensiv hərbi əməliyyatlar və Rusiyanın raket hücumları bütün XHƏ zonasını əhatə edir (Dnepr sahillərindən Odessa, Xmelnitski və Lvova qədər).
© AP Photo / Lee Jae-wonF-16 qırıcısı
F-16 истребители - Sputnik Azərbaycan, 1920, 15.03.2024
F-16 qırıcısı
Kiyev sərt reallığa qayıtmaq istəmir - mülki hava limanlarının açılması və nəzarətdə olan ərazidə uçuşların bərpa edilməsi ilə bağlı ABŞ və Avropa İttofaqı (Aİ) ilə məsləhətləşir. Ola bilsin ki, uçuş-enmə zolağı Slovakiya ilə sərhəddən 100 metr məsafədə yerləşən F-16-ların Ujqorod Beynəlxalq Hava Limanında yerləşdirilməsi müzakirə olunur. Olduqca rahatdır, Lvov Hava Limanı Polşa sərhədindən 57 km məsafədə yerləşir. Təyyarə sərnişinlərinin taleyi heç kimi maraqlandırmır - Bandera rejimi müntəzəm olaraq hərbi obyektləri dinc əhali və mülki infrastrukturla kamuflyaj etməyə hazırdır.
Bununla yanaşı, martın 11-də Rusiya ordusu yüksək dəqiqlikli zərbə ilə Xarkovda xarici muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsini - Xarkov hava limanı ərazisində yerləşən "Aeroport" otelini məhv edib. Bu yaxınlarda Kiyev və Lvov aerodromlarında xarici mütəxəssislərin olduğu hərbi obyektlər, həmçinin Xmelnitski vilayətindəki Starokonstantinov aerodromu darmadağın edilib. Siyahı hər gün yenilənir.
Sərt reallıq
ABŞ istehsalı olan F-16 "Fighting Falcon" dördüncü nəsil çoxməqsədli qırıcılar ABŞ Hərbi Hava Qüvvələrinin və NATO-nun digər ölkələrinin (Avropada 500-ə yaxın təyyarə var) əsasını təşkil edir. Qırıcının döyüş radiusu 1500 km, sürəti 2120 km/saata qədər, döyüş yükü isə 5 tondur.
F-16-nın tarixi 50 il bundan əvvəl başlayıb və və heç bir modernləşdirmə "hücum şahini"nə Rusiyanın 300 km-dən çox mənzilli R-37M "hava-hava" hipersəsli raketləri olan müasir Su-30SM, Su-35S, Su-57 qırıcıları ilə səmada rəqabət aparmağa imkan vermir. Rusiya Aerokosmik Qüvvələrinin qırıcıları hər cəhətdən ABŞ-ın qırıcılarından üstündür. S-400 "Triumf" zenit raket sistemlərinin (ZRS) gücündən heç danışmağa belə ehtiyac yoxdur.
© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidSu-35 qırıcısı
Многоцелевой истребитель Су-35 - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Su-35 qırıcısı
ABŞ-ın F-16 "Fighting Falcon" qırıcısı onilliklər ərzində Rusiya qırıcıları, radarları, zenit raket kompleksləri (ZRK) və ZRS üçün əsas və gözlənilən hədəflərdən biri hesab olunub. Qeyd edək ki, XHƏ zonasında iki il ərzində eyni USQ-nin 570-dən çox təyyarəsi (dördüncü nəsil olan) məhv edilib.
ABŞ-ın "The National Interest" analitik nəşri martın 13-də yazıb: " F-16-ların bir neçə səbəbə görə heç bir əhəmiyyəti olmayacaq. Bunlar istismar müddəti sona çatan istifadə edilmiş hərbi təyyarələrdir. Heç bir silah sistemi Ukraynanı Rusiyanın hərbi və sənaye qüdrətinin həqiqətlərindən və ya coğrafiyanın daha ağrılı reallıqlarından xilas edə bilməz". Nəşrin yekunu: "Ukrayna müharibədə Rusiyaya məglub olub". Daha doğrusu, ABŞ və NATO proksi-müharibəsində məğlub olurlar, onlar üçün Ukrayna köhnə hərbi texnikanın zibilxanasına çevrilib.
ABŞ-ın "Müharibənin Tədqiqi İnstitutu" USQ-nin baş komandanı Aleksandr Sırskinin son hesabatını təhlil edərək Dnepr çayının sol sahilində Ukrayna müdafiəsinin tezliklə dağılması təhlükəsi barədə xəbərdarlıq edib: "Rusiyanın hücum əməliyyatlarının intensivləşməsi Rusiyanın irəliləyişinə və qısa müddət ərzində cəbhə xəttinin əvvəllər stabil olan hissəsində sabitliyin pozulmasına gətirib çıxara bilər".
Həqiqətən də, Rusiya Federasiyasının Silahlı Qüvvələri öz hücumlarını uğurla inkişaf etdirir və martın 12-də Kuraxovo istiqamətində yeni ərazilərə nəzarəti ələ keçiriblər. Çətin ki, ABŞ-ın F-16 "Fighting Falcon" qırıcısı Dnepr çayının ortasına qədər uça bilsin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0