SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Nə qədər ki, bu dəyişikliklər baş verməyib, biz Ermənistana etibar etməyəcəyik - Bozkır

© AP Photo / Geert Vanden WijngaertVolkan Bozkır
Volkan Bozkır  - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti bildirib ki, Ermənistanın qanunvericilik aktlarında dəyişiklik edilməsi zəruridir.
BAKI, 15 mart — Sputnik. "Ermənistanla münasibətlər Türkiyə üçün prioritet deyil. Azərbaycan Ermənistanla razılığa gəlsə, biz bu prosesi izləyə bilərik. Ermənistanla bütün müzakirələrimizdə həmişə Azərbaycanla əvvəlcədən məsləhətləşmələr olur. Odur ki, bizim görüş və dialoqumuz Azərbaycanın məlumatlılığı çərçivəsində baş tutur".
Bunu XI Bakı Qlobal Forumunda iştirak edən BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır APA-ya müsahibəsində deyib.

"Yalnız Ermənistan dövləti olsaydı, həm Azərbaycanla, həm də Türkiyə ilə hər hansı müqavilə bağlana bilərdi bəlkə. Ancaq erməni diasporunun təsiri var, onlar var-dövlət içində yaşayırlar, amma Ermənistanda yaşayan insanlar kasıbdır. Ermənistan dənizə çıxışı olmayan ölkədir, onlar bilmirlər harada dayanırlar, Rusiyayamı yaxındırlar, yoxsa Avropaya yaxındırlar... Onlara kömək etmək, normal həyata qovuşdurmaq yaxşı olardı. Amma nə vaxt nəticəyə gəlirsən, razılaşma meydana çıxır, o zaman diaspor müdaxilə edir, onlara mane olur" - Volkan Bozkır bildirib.

Onun sözlərinə görə, münasibətlərin normallaşdırılması üçün Ermənistanın qanunvericilik aktlarında dəyişiklik edilməsi zəruridir:
"Nə qədər ki, bu dəyişikliklər baş verməyib, biz Ermənistana etibar etməyəcəyik, onlar bunu dəyişdirməlidirlər. Ermənistan Konstitusiyasında, İstiqlaliyyət Bəyyannaməsində Türkiyə Respublikasının şərq əyalətləri "Qərbi Ermənistan" adlandırılır. Onlar həmişə "Qərbi Ermənistan"a çatmağa, onu əldə etməyə çalışmağa cəhd edəcəklər. Eyni zamanda, Ermənistanın İstiqlaliyyət Bəyannaməsində deyilir ki, Ermənistan Respublikası 1915-ci ildə baş verənləri "soyqırımı" kimi beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir. Bütün bunlar dəyişmədən Ermənistanın Azərbaycanla və Türkiyə ilə razılaşmaya nail olması çətindir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0