SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə XİN rəhbəri Azərbaycana gələcək

© AFP 2023 / MAXIM SHEMETOVHakan Fidan, arxiv şəkli
Hakan Fidan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
Martın 15-də Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.
BAKI, 13 mart — Sputnik. Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bildirib.
O qeyd edib ki, səfər sabah İraqın paytaxtı Bağdadda keçiriləcək görüşlərdən sonra baş tutacaq.
Hakan Fidan Bakıda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin IX üçtərəfli görüşündə iştirak edəcək.
Martın 15-də Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.
Qeyd edilib ki, üçtərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0