SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistanın pozitiv açıqlamalarının arxasında nə dayanır?

© iStock.com / Oleksandr FilonAzərbaycan və Ermənistan
Azərbaycan və Ermənistan - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Mİllət vəkili deyib ki, Azərbaycan Ermənistanın birinci ssenarinin gerçəkləşməsinə gətirib çıxaracaq əməli addımlar atmasını çox istəyir.
BAKI, 5 mart — Sputnik. Ötən həftə Türkiyənin Antalya şəhərində Üçüncü diplomatiya forumu keçirildi. Tədbirdə iştirak edən Azərbaycan və Ermənistan diplomatları tərəfindən sülh müqaviləsi ilə bağlı müsbət açıqlamalar verildi.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Cənubi Qafqazda artıq de-fakto sülh var.
Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan isə deyib ki, Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər.
Sputnik Azərbaycan rəsmilərin açıqlamaları fonunda Azərbaycan və Emrənistanın sülh imkanları ilə bağlı millət vəkili Elman Nəsirovun fikirlərini öyrənib.
Millət vəkili Elman Nəsirov deyir ki, sülh müqaviləsi ilə bağlı tərəflərin nikbin mövqe sərgiləməsi anlaşılandır: "Ancaq bu mövqelərin fərqi odur ki, Azərbaycanın mövqeyi konkret addımlara söykənir. Ermənistan isə heç bir əməli addımlarla müşaiət olunmur".
Millət vəkili Azərbaycan və Ermənistan sülh prosesi çərçivəsində Fransanın bu ölkəyə olan yüksək marağı ilə bağlı da fikirlərini böülşüb: "Beşinci Fransa Respublikası tarixində bu ölkənin müdafiə naziri Ermənistana səfər etdi. Fransa Ermənistanı raket sistemləri ilə təchiz etməyi planlaşdırır və onlar bunu öhdəliklə əsaslandırırlar. Bu gün pozitiv düşüncə üçün əsas verən danışıqların ikitərəfli formatda baş tutmasıdır".
© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Millət vəkili Elman Nəsirov
Elman Nəsirov deyir ki, pozitiv yanaşmalar həm də Ermənistanın təxribatları ilə qarşılaşır: "Ya da bu ölkənin baş naziri verdiyi açıqlamalarda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməkdən çəkinmir. Paşinyan iddia edir ki, guya Azərbaycan bütün Ermənitanı Qərbi Azərbaycan adlandırır. Nə qədər ki, Ermənistanın nikbin siyasi bəyanatları konkret addımlarla müşaiət olunmayacaq, regiona sülh gəlməsi yubanacaq".
Millət vəkili hesab edir ki, hadisələr üç ssenari üzrə inkişaf edə bilər: "Birincisi, Ermənistan vəziyyəti düzgün qiymətləndirir və gələcək taleyinin Azərbaycanla münasibətlərin qurulması, kommunikasiyaların açılmasıdan keçdiyini dərk edir və kontekstdə sülh müqaviləsi imzalanır. İkinci ssenari üzrə isə Ermənistan hərbi-siyasi rəhbərliyi müddətsiz danışıqlar taktikasını seçir və uzun müddətli danışıqlar müharibə riskini artırır. Üçüncü ssenari danışıqların dondurulması ilə bağlıdır. Son vaxtlar Ermənistan elitası bu anlayışdan istifadə edir. Bunu deyərkən Ermənistanın KTMT ilə münasibətlərini nəzərdə tuturam. Əgər danışıqlar prosesi üçün dondurma taktikası seçilərsə, bu üçüncü müharibəyə hazırlıq kimi qiymətləndirilə bilər. Çox istərdik ki, Ermənistan birinci ssenarinin gerçəkləşməsinə gətirib çxıaracaq əməli addımlar atsın".
Xəbər lenti
0