CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 4 mart – FOTO

© Sputnik / Elnur Salayev4 mart
4 mart - Sputnik Azərbaycan, 1920, 04.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - bu barədə Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 4 mart — Sputnik. Martın 4-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr bəzi hadisələr baş verib.
Martın 4-də kimlər dünyaya gəlib?
Antonio Vivaldi (1678-1741) - italyan bəstəkarı və skripkaçı, dirijoru və pedaqoqdur. O, böyük və çoxşaxəli - operalar, oratoriyalar, instrumental və kamera musiqisi kimi irslər qoyub gedib.
© Photo : Public domainAntonio Vivaldi
Antonio Vivaldi  - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Antonio Vivaldi
Yevgeni Paton (1870-1953) - qaynaq, körpü tikintisi və konstruksiya mexanikası sahəsində çalışmış sovet mexaniki və mühəndisidir. O, 1953-cü ildən onun adını daşıyan Elektrik Qaynaq İnstitutunun rəhbəridir. Yevgeni tikililərin statikası və dəmir körpülərin dizaynı üzrə işlə tanınır. Mühəndis perçinlənmiş körpülərin hesablanması və tikintisi prinsiplərini tərtib edib və 50-dən çox belə körpünün layihələndirilməsinə və tikintisinə rəhbərlik edib.
© Sputnik / Николай КозловскийYevgeni Paton (mərkəzdə) övladları ilə birgə
Yevgeni Paton (mərkəzdə) övladları ilə birgə - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Yevgeni Paton (mərkəzdə) övladları ilə birgə
Vasili Qryazev (1928-2008) - avtomatik artilleriya və atıcı silahların sovet və rusiyalı dizayneridir. O, uzun illər Tula Konstruktor Cihazqayırma Bürosunun baş konstruktoru vəzifəsində çalışıb.
© Sputnik / Михаил Голенков / Mediabanka keçidRusiya HDQ-nin "Vasili Qryazev" gəmisi
Rusiya HDQ-nin Vasili Qryazev adına gəmisi - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Rusiya HDQ-nin "Vasili Qryazev" gəmisi
Larisa Lujina (1939) - sovet və rusiyalı aktrisası, RSFSR xalq artistidir. O, "Çağırılmamış qonaqlar", "Görüşlər", "Şaquli", "Sükut" və s. filmlərdə rol alıb.
© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidLarisa Lujina
Larisa Lujina - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Larisa Lujina
Martın 4-də dünyada baş verən tarixi hadisələr
1152-ci ildə I Fridrix Hohenştaufen Almaniya kralı olub. O, narıncı rəngli saqqalına görə aldığı Barbarossa ləqəbi ilə tarixə düşüb.
1561-ci ildə italyan kardinal Karlo Karafa Roma Papası tərəfindən ölümə məhkum edilmiş sonuncu katolik prelat olub.
1681-ci ildə ingilis kralı II Karl Uilyam Pennə sonradan Pensilvaniya ştatına çevrilən Şimali Amerikadakı ərazini verib.
1877-ci ildə amerikalı alim Emil Berliner mikrofonu icad edib.
1955-ci ildə Yaponiyanın "Sony" şirkəti ilk tranzistorlu cib radiosunu hazırlamağa başlayıb.
© iStock.com / Tero VesalainenRadio, arxiv
Ретро радио - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Radio, arxiv
1971-ci ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə böyrək transplantasiyası əməliyyatı aparılıb.
© AFP 2023 / PIERRE-PHILIPPE MARCOUBöyrək transplantasiyası
Трансплантация почки, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Böyrək transplantasiyası
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0