DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlər ölümdən sonra ruhun başına nə gəldiyini izah ediblər

© iStock.com / JohnnyGreigXəstəxanada insan
Xəstəxanada insan - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Abunə olmaq
Britaniyalı alim öz fikrini dəstəkləmək üçün klinik ölüm yaşayan insanların sözlərini misal gəririb.
BAKI, 3 mart - Sputnik. Alimlər ölümdən sonra ruhun və ya insan şüurunun başına gələnlərin yeni versiyasını irəli sürüblər. Belə ki, ABŞ-dan olan ekspertlər Stüart Hameroff və Rodcer Penrouzun fikrincə, insan öləndə onun şüuru öz reallığını yaradır və orada qalır. Bu barədə "news.rambler.ru" saytı yazıb.
Onların fərziyyələrini Böyük Britaniyadan olan Sem Parnia da dəstəkləyib. Belə ki, o, bədənin ölümündən sonra şüurun yaşamağa davam etdiyinə əmindir.
Parnia öz fikrini klinik ölüm yaşayan insanların sözləri ilə dəstəkləyib.

"İnsanlar ölümü hiss etdikdə böyük bir rahatlıq, sakitlik və sevinc hissi yaşayırlar. Onlar ölən qohumları və dostları ilə əsl görüş hissini təsvir edə bilərlər. Düşünürəm ki, biz universal ölüm təcrübəmiz olduğunu başa düşməyə başlayırıq" - Sem Parnia deyib.

Alim, həm də insanların ruhunun ölməzliyinə inanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0