Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda son bir ayda COVID-19-a yoluxan və ölənlərin statistikası açıqlandı

© AFP 2023 / STRKoronavirus testləri, arxiv şəkli
Koronavirus testləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.03.2024
Abunə olmaq
Son bir ayda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 457, bu günə qədər isə ümumilikdə 7 milyon 762 min 507 test icra olunub.
BAKI, 2 fevral - Sputnik. Son bir ayda (1 fevral-29 fevral) Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 514 yoluxma faktı qeydə alınıb, 513 nəfər müalicə olunaraq sağalıb, analiz nəticələri müsbət çıxan 28 nəfər həyatını itirib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 835 min 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 824 min 602 nəfər müalicə olunaraq sağalıb, 10 min 428 nəfər vəfat edib. Aktiv xəstə sayı 114 nəfərdir.
Son bir ayda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 457, bu günə qədər isə ümumilikdə 7 milyon 762 min 507 test icra olunub.
02.02.24
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 ayda (31.12.2023-31.01.2024) 325 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 834 630 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, 10 400 nəfər vəfat edib, aktiv xəstə sayı 141 nəfərdir.
Ölkədə son ay ərzində 14 333, hazırkı dövrədək isə 7 748 050 test aparılıb.
Azərbaycanda son bir ayda koronavirus (COVID-19) əleyhinə 281 vaksin vurulub.
Bir ayda birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 183, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 970 733, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 680, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 398, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 406 119, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 536 nəfər təşkil edir.
31.12.23, 19:37
Azərbaycanda son günlər xeyli adam koronavirusa yoluxub, ölənlər var
Azərbaycanda son 20 gün ərzində (11-31 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 116 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 102 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 305 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 872 nəfər müalicə olunaraq sağalıb, hazırda 54 aktiv xəstə var. Bu günə qədər 10 379 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 149, bu günə qədər isə ümumilikdə 7 733 717 test icra olunub.
Xəbər lenti
0