Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya Mərkəzi Bankı rəqəmsal valyutalarla əməliyyatlar barədə xəbərdarlıq edib

© AFP 2023 / INA FASSBENDERBitлoin-in vizual görüntüsü, arxiv
Bitлoin-in vizual görüntüsü, arxiv - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Tənzimləyici tərəfindən bankların və digər maliyyə təşkilatlarının müştəriləri üçün bu cür risklərin azaldılmasına yönəlmiş tövsiyələr hazırlanıb.
BAKI, 29 fevral - Sputnik. Rusiya Bankı maliyyə institutlarına rəqəmsal valyutalarla bağlı fəaliyyətlərdə iştirakını minimuma endirməyi tövsiyə edir. Bu barədə tənzimləyicinin mətbuat xidmətinin məlumatında deyilir.

“Rəqəmsal valyutalar və bununla əlaqədar alətlərlə əməliyyatlar vətəndaşların rifahı, habelə onların qeyri-qanuni fəaliyyətlərə cəlb olunması ilə bağlı risklər daşıyır" - məlumatda bildirilir.

Qeyd olunur ki, tənzimləyici bankların və digər maliyyə təşkilatlarının müştəriləri üçün bu cür risklərin azaldılmasına yönəlmiş tövsiyələr hazırlayıb.
"Xüsusən də bu cür alətlərin dövriyyəsi üçün xidmətləri reklam edilməməlidir” - mətbuat xidmətinin bəyanatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0