Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin ABŞ-ın təklifini ikiüzlülük adlandırdı

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Rusiya dövlət başçısı bildirir ki, ABŞ-ın Rusiyanı məğlub etmək cəhdləri ilə yanaşı strateji sabitlik üzrə dialoq təklifi ikiüzlüdür.
BAKI, 29 fevral — Sputnik. ABŞ və onun peyklərinin hərəkətləri Avropa təhlükəsizliyinin sıradan çıxmasına gətirib çıxarıb. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin deyib ki, bu, hamı üçün risklər yaradır.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatda qurulmuş monopoliyalar və bununla bağlı stereotiplər dağılır.
Rusiya Federasiyasının Federal Məclisinə müraciəti zamanı prezident qeyd edib ki, Rusiya qlobal çağırışlara, o cümlədən dünya iqtisadiyyatı, ticarət, maliyyə və texnologiya bazarlarının sürətli transformasiyasına cavab vermək üçün səyləri birləşdirməyə çalışır.
Rusiya dövlət başçısı bildirir ki, ABŞ-ın Rusiyanı məğlub etmək cəhdləri ilə yanaşı strateji sabitlik üzrə dialoq təklifi ikiüzlüdür:

"Onlar bizimlə ciddi şəkildə strateji sabitlik məsələlərini müzakirə etmək niyyətindədirlər, eyni zamanda, döyüş meydanında Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu, ikiüzlülüyün bariz nümunəsi ola bilər" - prezident deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir.
Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.
Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0