DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT-dən İrəvanın üzvlüyün dayandırılması xəbərinə reaksiya

© Sputnik / StringerErmənistanın gerbi və KTMT Parlament Assambleyasına üzv ölkələrin bayraqları, arxivdən foto
Ermənistanın gerbi və KTMT Parlament Assambleyasına üzv ölkələrin bayraqları, arxivdən foto - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Abunə olmaq
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, ölkəsi KTMT-də iştirakını dondurub, lakin Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması məsələsinə baxılmır.
BAKI, 23 fevral — Sputnik. KTMT Katibliyinə İrəvandan üzvlüyün dayandırılması ilə bağlı bəyanatlar daxil olmayıb. Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlaması görünür, bu ölkənin təşkilatın bir sıra tədbirlərində iştirak etməməsinə aiddir. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyindən bildirilib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan "France24" telekanalına müsahibəsində Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, ölkəsi KTMT-də iştirakını dondurub, lakin Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması məsələsinə baxılmır.
Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası barədə danışan Paşinyan qeyd edib ki, bu bazanın kollektiv təhlükəsizlik müqaviləsi ilə əlaqəsi yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0