DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyanın ən uzunboylu və qısaboylu iki adamı görüşüb

© Photo : social page of Sultan KosenDünyanın ən uzunboylu adamı olan türkiyəli Sultan Kösen
Dünyanın ən uzunboylu adamı olan türkiyəli Sultan Kösen - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Kösen hindistanlı Amge ilə birlikdə amerikalı prodüserin dəvəti ilə təşkil edilən tədbirdə iştirak etmək üçün Los-Ancelesə gedəcək və orada keçirilən görüşlər lentə alınacaq.
BAKI, 20 fevral — Sputnik. Dünyanın ən uzunboylu adamı olan türkiyəli Sultan Kösen bazar ertəsi ABŞ-ın Kaliforniya ştatının İrvin şəhərində hazırda dünyanın ən qısaboylu qadını olan hindistanlı Cyoti Amge ilə görüşüb. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Kösenin boyu 2,51 metr, Amgeninki isə 62,8 santimetrdir. "Qulliver" filmindəki səhnəni xatırladan səhər yeməyindən sonra onlar xatirə şəkli çəkdiriblər.
Türkiyənin cənub-şərqindəki Mardin vilayətindən olan Kösen hindistanlı Amge ilə birlikdə amerikalı prodüserin dəvəti ilə təşkil edilən tədbirdə iştirak etmək üçün Los-Ancelesə gedəcək və orada keçirilən görüşlər lentə alınacaq.
Adı çəkilən şəxslər ilk dəfə 2018-ci ildə Misirin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Qahirədə görüşüb və Giza piramidalarını ziyarət ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0