CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınacaqlıdır – Deputat

© iStock.com / AndreyPopovMəhkəmə, arxiv
Məhkəmə, arxiv - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
Qüdrət Həsənquliyev deyib ki, hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdırlar.
BAKI, 16 fevral - Sputnik. Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınacaqlıdır.
Bu barədə deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, bununla bağlı çox sayda vətəndaş narazılığı var:
"Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda guya işlərinin çox olduğu və çatdıra bilmədikləri cavabını verirlər. Lakin həqiqətdə belə deyil".
Q.Həsənquliyev bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət çəkib:
"Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdırlar. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var".
Xəbər lenti
0