DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

London Qırmızı dənizdəki problemlər səbəbindən çay qıtlığı ilə üzləşib

© Sputnik / Rahim MuradovLənkəranda çay yığımı
Lənkəranda çay yığımı  - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Abunə olmaq
Qara çayın Böyük Britaniyaya daşınmasının əsas marşrutları məhz Qırmızı dənizdən keçir.
BAKI, 14 fevral — Sputnik. Böyük Britaniya sakinləri Qırmızı dənizdəki əlverişsiz vəziyyətə görə qara çay təchizatında fasilələrlə üzləşə bilərlər. Məsələ ondadır ki, bu məhsulun Böyük Britaniyaya daşınmasının əsas marşrutları məhz Qırmızı dənizdən keçir.
"The Times" bu barədə yazıb.
Məlumatı supermarket sahibləri səsləndiriblər. Belə ki, ölkənin ən böyüklərin zəncirlərindən biri olan "Sainsbury's"-da müvafiq elan ortaya çıxıb.
"Biz hər hansı narahatlığa görə üzr istəyir və ümid edirik ki, tam təchizat tezliklə bərpa olunacaq" - mesajda belə deyilir.
Sənaye nümayəndələrinin sözlərinə görə, problemlər müvəqqəti xarakter daşıyır. Onların istehlakçılara, demək olar ki, heç bir təsiri olmayacaq. Bununla belə, bəzi ekspertlər yaxın vaxtlarda əmtəə qiymətlərinin artacağını proqnozlaşdırıblar.
Fələstin-İsrail münaqişəsi fonunda Qırmızı dənizdə problemlərin yarandığı daha əvvəl bildirilmişdi. Yəməndəki "Ənsar Allah" hərəkatının husiləri Qəzza zolağına dəstək verir və vəziyyət dəyişənə qədər ABŞ və Britaniya gəmilərinin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçidini əngəlləmək niyyətindədirlər. Amerika tərəfinin məlumatına görə, ötən ilin payızından husilər Qırmızı dənizdə onlarla gəmiyə hücum ediblər.
Xəbər lenti
0