Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

DSX “Qisas əməliyyatı” keçirib, ermənilərin döyüş postu darmadağın edilib, ciddi itki var

© AFP 2023 / ARIS MESSINISErməni postu
Erməni postu - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
BAKI, 13 fevral - Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.
Bu barədə DSX məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
© Sputnik / Elnur Salayevİnfoqrafika: Ermənistan Sialhlı Qüvvələrinin Azərbaycan mövqelərini atəşə tutması
İnfoqrafika: Ermənistan Sialhlı Qüvvələrinin Azərbaycan mövqelərini atəşə tutması - Sputnik Azərbaycan, 1920, 13.02.2024
İnfoqrafika: Ermənistan Sialhlı Qüvvələrinin Azərbaycan mövqelərini atəşə tutması
"Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - DSX-dən bildirilib.
Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Erməni - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Ermənistan Tovuzun yaşayış məntəqələri istiqamətindəki mövqelərimizi atəşə tutub
Xəbər lenti
0