CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar peyvəndlənir - FOTO

© SputnikAzərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar peyvəndlənir
Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar peyvəndlənir - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub.
BAKI, 13 fevral — Sputnik. Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Peyvəndləməni AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə ətyeyən vəhşi heyvanlar arasında keçirir.
© SputnikAzərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar peyvəndlənir
Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar peyvəndlənir - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar peyvəndlənir
Bu gün başlayan peyvəndləmə helikopterlə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilir. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, kəndəətrafı meşə zolaqlarına quduzluq xəstəliyi əleyhinə peyvənd vasitəsi olan "Rabadrop oral suspenziyası" səpələnir.
Ümumilikdə fevralın 15-də yekunlaşdırılması planlaşdırılan peyvəndləmə çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına 496 kilometr məsafədə 13 min ədəd aldadıcı yemin səpilməsi nəzərdə tutulub. Normaya əsasən, meşə zolaqlarında hər 1 km² əraziyə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa, qeyd edilən ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlərin ətrafında müəyyən olunmuş yerlərə əllə 50 min doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur.
Bu ayın sonunadək Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində də kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə helikopterlə peyvəndləmənin həyata keçirilməsi nəzərdə tutulub.
© SputnikAzərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar peyvəndlənir
Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar peyvəndlənir - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar peyvəndlənir
Agentlik əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir. Aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə belə bu, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.
Qeyd edək ki, son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib.
Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib.
Onu da bildirək ki, dünyada helikopterlərin köməyi ilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə geniş tətbiq olunur. Bu üsuldan istifadə edilməsi nəticəsində artıq Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya və Avropa ölkələrində quduzluq xəstəliyinə rast gəlinmir. Aviasiyanın tətbiqi ilə aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması Qafqaz regionunda, o cümlədən ölkəmizdə ilk dəfə 2023-cü ildə həyata keçirilib. Bu ayın sonunadək Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində də kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə helikopterlə peyvəndləmənin həyata keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
0