DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Amerikalılar Putinin zahiri görkəminə heyran qalıblar

© Photo : Sergei Guneyev/Sputnik Pool Photo via APVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
Atlantik okeanının hər iki sahilində Kremlə dost siyasətçilərin mövqelərinin güclənməsi müşahidə olunur.
BAKI, 9 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə Rusiya liderinin "taktiki inamını" nümayiş etdirib.
Bunu "The New York Times" qəzeti yazıb.
"Cənab Putinin xarici görünüşü Rusiya liderinin taktiki inamını vurğulayıb, eyni zamanda onun rəqibləri zəif və həssas bir vəziyyətə düşüblər" - məqalədə belə yazılıb.
Məqalədə, həmçinin ABŞ-ın dəstəyi ilə bağlı problemlər fonunda Ukraynanın döyüş meydanındakı çətinlikləri xatırladılıb və bu dəstəyin davamının ABŞ Konqresində çətinliklə üzləşdiyi qeyd edilib. Eyni zamanda, Atlantik okeanının hər iki sahilində Kremlə dost siyasətçilərin mövqelərinin güclənməsi müşahidə olunur.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya prezidentinin amerikalı jurnalist Taker Karlsona müsahibəsi X* sosial şəbəkəsində 32 milyondan çox baxış toplayıb.
Xəbər lenti
0