CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havanın temperaturu gündüz 20°-yə qədər yüksələcək - Proqnoz

© Sputnik / Murad OrujovBakı, arxiv
Bakı, arxiv - Sputnik Azərbaycan, 1920, 07.02.2024
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir.
BAKI, 7 fevral - Sputnik. Fevralın 8-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib kii, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0