Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan təkcə prezidenti deyil, həm də yenilənmiş siyasi strategiyanı seçir - Politoloq

© AP Photo / Aziz KarimovAzərbaycanda seçkilər, arxiv
Azərbaycanda seçkilər, arxiv - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Abunə olmaq
Analitik hesab edir ki, nözbəti bir il ərzində ölkədə hakimiyyətin bütün əsas qolları - icra, qanunvericilik və bələdiyyə orqanları formalaşacaq.
BAKI, 5 fevral - Sputnik. Fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək, onun nəticələri Azərbaycan dövlətinin cari onilliyin sonuna kimi yaşayacağı siyasi gündəliyi müəyyən edəcək. Bu, mahiyyət etibarı ilə seçkilərin əsas mənasıdır. Konstitusiyaya görə, Azərbaycan prezidentli respublikadır və səlahiyyət müddəti ərzində ölkənin inkişafının əsas prioritetlərini müəyyən edən prezidentdir.
Hazırkı prezident İlham Əliyevin populyarlığı həddən artıq yüksəkdir, buna görə əksəriyyət onun növbəti müddətə yenidən seçiləcəyinə şübhə etmir. Bu o deməkdir ki, qarşıdakı illərdə Azərbaycanın siyasi rəhbərliyinin bütün bu müddət ərzində apardığı ümumi kursun davamı olacağını iddia etmək olar.
Təbii ki, bu, yeni şəraitdə həyata keçiriləcək, ona görə də təkcə daxili siyasi reallıqlarla deyil, həm də ümumi geosiyasi kontekstlə sıx əlaqəli olan əhəmiyyətli dərəcədə yenilənmiş gündəmdən danışmağa dəyər. Dəfələrlə deyilib və Azərbaycan dövlətinin başçısı da bunu bəyan edib ki, prezident seçkilərinin məqsədi ölkə rəhbərliyinin əvvəlki iyirmi illik mərhələsinin üstündən xətt çəkməkdir ki, onun da əsas məqsədi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpasına nail olunub.
İndi gələcək üçün əsas prioritetləri müəyyən etmək və geosiyasi qeyri-müəyyənlik şəraitində regional mövqelərimizi gücləndirməklə ölkənin və cəmiyyətin mütərəqqi inkişafını təmin etmək vacibdir.
© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə, arxiv
Политолог Ильгар Велизаде - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Politoloq İlqar Vəlizadə, arxiv
Bu, asan məsələ deyil və ilin əvvəlində prezident İlham Əliyev özü yerli mətbuata müsahibəsində ictimai rəy liderlərini bundan sonra necə yaşamaq, hansı prioritetlərə can atmaq, gələcək dövr üçün hansı milli ideya seçməklə bağlı suallara cavab tapmağa dəvət edib.
Bununla yanaşı Azərbaycanın qarşısında tam, ən qısa müddətdə isə - bir il ərzində seçki tsiklindən keçmək vəzifəsi durur.
Təqvimə əsasən, növbəti bələdiyyə seçkiləri bu ilin sonunda, parlament seçkiləri isə növbəti 12 ay ərzində keçirilməlidir. Beləliklə, bir il ərzində ölkədə hakimiyyətin bütün əsas qolları nəhayət formalaşacaq: icra, qanunvericilik və bələdiyyə.
Burada bəlkə də ən maraqlı məqama gəldik. Bütün bu seçkilər müasir Azərbaycan tarixində ilk dəfə bütün ölkə ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında keçiriləcəyindən bu rayonların sakinləri, o cümlədən Ermənistanın işğalı illərində tərk edilmiş daimi yaşayış yerlərinə, öz yurdlarına qayıdanlar da ilk dəfə seçkilərdə iştirak edəcəklər.
İşğaldan azad edilmiş ərazilərdə seçki qutuları gətirilən seçki məntəqələri yaradılıb. Güman etməliyik ki, bu seçki məntəqələri ölkədə seçki kampaniyasının bütün dövrü ərzində fəaliyyət göstərəcək.
Belə ki, nəzəri cəhətdən Qarabağa qayıtmaq hüququna malik olan erməni millətindən olan şəxslər də Azərbaycan və beynəlxalq qanunvericiliyin diktə etdiyi əsas tələbləri yerinə yetirsələr, seçki tsiklində iştirak edə bilərlər. Bu, onların Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində mühüm addım ola bilər.
Yeri gəlmişkən, Rusiya sülhməramlı qüvvələri regionda fəaliyyətini davam etdirir. Yerli antiterror tədbirləri zamanı onlar mülki erməni əhalisinin təhlükəsizliyini təmin ediblər və indi yenə də Qarabağ erməniləri geri qayıtmaq istəsələr, Azərbaycan tərəfi ilə razılaşaraq həmin şəxslərin bölgəyə geri qaytarılması prosesində iştirak edə bilərlər.
Bu və ya digər şəkildə hazırda burada və indi yeni siyasi reallıq yaranır. Qarabağ erməniləri üçün isə imkan pəncərəsi daralır. Tarix qatarı gözləmir və növbəti şans olmaya bilər.
Azərbaycan cəmiyyəti təkcə prezidenti deyil, həm də sabahın ölkənin yenilənmiş siyasi strategiyasını seçir. Bakı öz daxili strategiyasını formalaşdırmaqla regional təhlükəsizlik sisteminin formalaşmasına mühüm töhfə verir.
Bu prosesə qoşulmaqla bütün cəmiyyət gələcəyə nikbin baxır. Çünki yaxın tarix göstərir ki, onun qarşısında əlçatmaz hədəflər yoxdur, xüsusən də, bu məqsədlərə məharətlə nail olunduğu bir şəraitdə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0