DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NNSA-nın rəhbəri ABŞ-da köhnə nüvə infrastrukturunu dirçəltməyə çağırıb

© iStock.com / Olivier VerriestNüvə silahının başlığının təsviri
Nüvə silahının başlığının təsviri - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
BŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Cill Hrubi ABŞ-ın yeraltı nüvə sınaqları keçirməyə hazır olduğunu vurğulayıb.
BAKI, 2 fevral — Sputnik. Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsindən sonra tikilərək köhnəlmiş nüvə infrastrukturunu canlandırmalıdır.
Bu sözləri ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Cill Hrubi Nüvənin Qarşısının Alınması Sammitində deyib.
Administrasiya rəhbəri onu da qeyd edib ki, ölkə müasir texnologiyaların inkişaf tempinə uyğun olmalıdır. Onun fikrincə, ABŞ hakimiyyəti növbəti 50 il ərzində "çevik və dayanıqlı" qalacaq tam işlək sənaye yaratmalı olacaq.
Eyni zamanda, Hrubi ABŞ-ın yeraltı nüvə sınaqları keçirməyə hazır olduğunu vurğulayıb.
"Tələb olunduqca, belə sınaqları keçirməyə hazırıq" - Nevada ştatındakı sınaq meydançasında işi şərh edən Hrubi bildirib.
Bundan əvvəl "Teleqraf " nəşri, həmçinin ABŞ-ın nüvə silahlarını Böyük Britaniyaya qaytarmaq niyyətində olduğunu bildirmişdi.
Xəbər lenti
0