DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ŞƏT rəsmisi dünyada 130-dan çox ölkənin kibermüharibə proqramları hazırladığını açıqlayıb

© AFP 2023 / GREG BAKERŞƏT ölkələrinin bayraqları
ŞƏT ölkələrinin bayraqları - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Abunə olmaq
Fevralın 1-dən 3-dək Almatıda "Sənaye X: gələcəyin rəqəmsal təkamülü" devizi altında "Digital Almaty" beynəlxalq rəqəmsal forumu keçirilir.
BAKI, 1 fevral — Sputnik. Bu gün 130-dan çox dövlət kibermüharibə proqramları hazırlayır. Bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibinin müavini Qriqori Loqvinov Qazaxıstanın Almatı şəhərində "Digital Almaty" beynəlxalq rəqəmsal forumunun açılışında deyib.
"İnformasiya cəmiyyətinin formalaşması insan həyatı üçün yeni rahat şərait yaradır, son vaxtlara qədər yalnız elmi fantastika romanlarının səhifələrində rast gəlinən yüksək texnologiyalar sahəsində sıçrayış etməyə imkan verir. Lakin bu medalın arxa tərəfində bir çox kəskin çağırışlar və birbaşa təhdidlər var. Bu gün dünyanın 130-dan çox dövləti kiber müharibələrin aparılması proqramlarını inkişaf etdirir. Qabaqcıl informasiya-kommunikasiya texnologiyaları beynəlxalq narkobaronlar, qanunsuz silah satıcıları və müasir qul satıcıları, terrorçu və separatçı qurumlar üçün yaraqlıları işə götürənlər tərəfindən mənimsənilib. Süni intellektin inkişafı və özündə bir çox qeyri-müəyyən məqamlar var" - Loqvinov bildirib.
Qeyd edək ki, fevralın 1-dən 3-dək Almatıda "Sənaye X: gələcəyin rəqəmsal təkamülü" devizi altında "Digital Almaty" beynəlxalq rəqəmsal forumu keçirilir. Forumda İT və biznes sahəsində beynəlxalq ekspertlər və innovatorlar arasından 200-dən çox məruzəçi iştirak edir. Üç gün davam edəcək tədbiri 30 mindən çox insanın ziyarət edəcəyi gözlənilir.
Xəbər lenti
0