DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MAQATE-nin baş direktoru yaxın 10 gündə Rusiya və Ukraynaya səfər etmək niyyətindədir

© Sputnik / Константин МихальчевскийMAQATE
MAQATE - Sputnik Azərbaycan, 1920, 27.01.2024
Abunə olmaq
Bundan əvvəl MAQATE-nin Zaporojye Atom Elektrik Stansiyasının ərazisinin periferiyasında təhlükəsizlik standartlarına cavab verməyən yeni minalar aşkar etdiyi barədə məlumat verilmişdi.
BAKI, 27 yanvar — Sputnik. MAQATE rəhbəri Rafael Qrossi yaxın vaxtlarda Zaporojye, Kiyev və Rusiyaya səfər edəcək.
O, bu barədə BMT Təhlükəsizlik Şurası üçün Zaporojye AES-dəki vəziyyətlə bağlı brifinqdən sonra bildirib.
Qrossinin sözlərinə görə, səfərlər yaxın on gün ərzində baş tutacaq. O, Zaporojye Atom Elektrik Stansiyasında yoxlama aparmaq üçün Zaporojyeyə qayıtmağı planlaşdırır.
"Yaxın on gün ərzində mən orada, sonra Kiyevdə və Rusiyada olacağam" - agentliyin rəhbəri qeyd edib.
Bundan əvvəl MAQATE-nin Zaporojye Atom Elektrik Stansiyasının ərazisinin periferiyasında yeni minalar aşkar etdiyi barədə məlumat verilmişdi. Onların mövcudluğu təhlükəsizlik standartlarına cavab vermir.
Xəbər lenti
0