DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyanın müdafiə naziri ölkəsini Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıb

© AFP 2023 / INA FASSBENDERAlmaniyanın müdafiə naziri Boris Pistorius
Almaniyanın müdafiə naziri Boris Pistorius  - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Abunə olmaq
Müvafiq bəyanatla Almaniyanın müdafiə naziri Boris Pistorius "ZDF" telekanalında çıxış edib.
BAKI, 24 yanvar — Sputnik. Berlin Rusiya ilə hərbi münaqişə təhlükəsini dərk etməlidir, ona görə də Almaniya silahlanmalıdır.
Müvafiq bəyanatla Almaniyanın müdafiə naziri Boris Pistorius "ZDF" telekanalında çıxış edib.
"Gəlib-gəlməməsindən və zamanından asılı olmayaraq, naməlum təhlükəyə hazır olmalıyıq", – Almaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Bununla bağlı Pistorius silahlı münaqişəyə fəal hazırlaşmağın zəruriliyini qeyd edib. Onun sözlərinə görə, Berlin hazırda NATO müttəfiqləri ilə birlikdə bunu edir.
Nazir, həmçinin qeyd edib ki, bu məqsədlə Pribaltikada alman briqadası olmalıdır və bu briqadanın 2027-ci ilə qədər "döyüşə tam hazır vəziyyətdə" olacağı gözlənilir.
"Hərbi ekspertlər hesab edirlər ki, Rusiyanın bunu edə bilməsi üçün bir neçə il lazım olacaq", - Boris Pistorius əlavə edib.
Bundan əvvəl senator Aleksey Puşkov Almaniyanın Rusiya ilə müharibəyə hazırlıq barədə bəyanatlarla qarşıdakı remilitarizasiyaya haqq qazandırmağa çalışdığı fikrini bildirmişdi.
Xəbər lenti
0