DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Ukrayna rəsmiləri ilə təmaslardan qaçır

© AFP 2023 / CHANDAN KHANNAABŞ-ın keçmiş Prezidenti Donald Tramp, arxiv
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 19.01.2024
Abunə olmaq
Ukrayna rəsmiləri ilə Tramp və Conson komandaları arasında ardıcıl ünsiyyət yoxdur.
BAKI, 19 yanvar — Sputnik. Ukrayna rəsmiləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, eləcə də Kiyev rəsmiləri ilə təmaslardan yayınan ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonla əlaqə yarada bilmirlər.
"Politico" qəzeti bu barədə Vladimir Zelenski administrasiyasına yaxın mənbəyə istinadən yazıb.
"Ukrayna rəsmiləri ilə Tramp və Conson komandaları arasında ardıcıl ünsiyyət yoxdur... Ünsiyyətin olmaması məqsədli görünür, lakin ümid edirik ki, vəziyyət seçkidən sonra dəyişə bilər. Bir sözlə, mənim başa düşdüyüm budur: Ukrayna çalışır, Tramp və Conson isə qaçırlar" - nəşr adı açıqlanmayan mənbəyə istinadən yazıb.
Qeyd edək ki, ötən bazar ertəsi Tramp Ayova ştatında keçirilən ilkin daxili partiya seçkilərində (kokuslarda) qalib gəlib. Səsvermənin nəticələrinə görə, eks-prezident 51 faiz səs toplayıb. İkinci yerdə 21,2 faiz səslə Florida qubernatoru Ron Desantis qərarlaşıb, BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli 19,1 faiz səs toplayıb.
Əvvəllər Tramp dəfələrlə bəyan edib ki, yenidən seçiləcəyi təqdirdə Rusiya və Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həllinə nail olmaq niyyətindədir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın keçmiş prezidentinin bu sözlərini şərh edərkən qeyd edib ki, bu, belə sadə həll üçün çox mürəkkəb problemdir.
Cümə axşamı ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson konqresmenlərin, nəhayət Ukraynaya yardımın blokdan çıxarılacağına dair söz verməkdən imtina edib və məsələ ilə bağlı mövcud status-kvonun qəbuledilməz olduğunu deyib.
Xəbər lenti
0