Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zelenskinin briqadası gələcəkdə Ukraynanın mövcudluğunu sual altında qoyub

© Sputnik / Григорий Сысоев / Mediabanka keçid Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 17.01.2024
Abunə olmaq
Diplomat vurğulayıb ki, Kiyev rejimi xalqını öz gələcəyini seçmək hüququndan məhrum edib.
BAKI, 17 yanvar — Sputnik. Ukrayna Prezident Vladimir Zelenskinin komandası Ukraynanın və onun əhalisinin mövcudluğunu sual altında qoyub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 17-də keçirdiyi brifinqdə deyib.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bir müddət əvvəl bildirib ki, Kiyev rejiminə Qərbdən göndərilən silahlar tükənəcəyi təqdirdə ukraynalılar Rusiya ordusu ilə kürəklərlə döyüşəcəklər, çünki Ukraynanın xəritədə mövcudluğu təhlükə altındadır.
"Təəssüf ki, o, Ukraynanın mövcudluğunu konkret olaraq kimin təhlükəyə atdığını deməyib. Axı bunu edən onlardır, Zelenskinin başçılıq etdiyi Kiyev rejiminin bütün dəstəsidir. Məhz bu komanda - Zelenskinin briqadası Ukraynanın mövcudluğunu təhlükə altına alıb" - Zaxarova bildirib.
Diplomat əlavə edib ki, Kiyev rejimi ilk növbədə Ukraynanın marionet hökuməti tərəfindən istənilən hüquqlardan məhrum etməklə öz taleyini müstəqil seçməli olan ukraynalıları təhlükə altına qoyub.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu yaxınlarda qeyd edib ki, Ukraynanın mövcudluğu ölkədəki siyasi sistemdən asılı olmayaraq ukraynalılar üçün təhlükəlidir.
Xəbər lenti
0