Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna ilə yeni münaqişənin baş vermə ehtimalı yüz faizdir - Medvedev

© Sputnik / Юлия Зырянова / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 17.01.2024
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirir ki, nə Ukraynanın Aİ ilə birləşməsi, nə də bu süni ölkənin NATO-ya daxil olması buna mane ola bilməz.
BAKI, 17 yanvar — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əmindir ki, Kiyevdə kimin hakimiyyətdə olmasından və bu ölkənin kiminlə koalisiyaya girməsindən asılı olmayaraq, Ukrayna ilə yeni münaqişənin baş vermə ehtimalı yüz faizdir.
O, bu fikri öz Telegram kanalında bildirib və Ukrayna hakimiyyətinin öz vətəndaşları üçün niyə təhlükəli olduğunu ətraflı izah edib.
"Qərbin kukla Kiyev rejimi ilə hansı təhlükəsizlik sənədləri imzalamasından asılı olmayaraq, yeni münaqişənin baş verməsinə 100% ehtimal var. Nə Ukraynanın Aİ ilə birləşməsi, nə də bu süni ölkənin NATO-ya daxil olması buna mane ola bilməz. Bu on və ya əlli ildən sonra baş verə bilər", - siyasətçi yazıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0