DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərəb Dövlətləri Liqası İranın Ərbili atəşə tutması ilə bağlı fövqəladə iclas keçirəcək

© AP Photo / Anis BelghoulƏrəb Liqasının sammiti
Ərəb Liqasının sammiti - Sputnik Azərbaycan, 1920, 17.01.2024
Abunə olmaq
Bildirilib ki, Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt İranın Ərbili bombalamasını pisləyib.
BAKI, 17 yanvar — Sputnik. Ərəb Dövlətləri Liqası (ƏDL) Şurası İranın Ərbili atəşə tutması ilə bağlı fövqəladə iclas keçirəcək.
İraq Xəbər Agentliyi - İNA-nın məlumatına görə, bu barədə İraq Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Ərəb Liqası İranın Ərbili bombalaması ilə bağlı fövqəladə iclas keçirməyə qərar verib", bəyanatda qeyd olunub.
Bildirilib ki, Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt İranın Ərbili bombalamasını pisləyib.
Xatırladaq ki, yanvarın 15-də İran qüvvələri Ərbilə hava zərbələri endirib, nəticədə 4 nəfər həlak olub.
Xəbər lenti
0