DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransızlar bizim qara gözümüzə aşiq olmayıb - Simonyan

© iStock.com / Oleksandr FilonAzərbaycan və Ermənistan bayraqları, arxiv
Azərbaycan və Ermənistan bayraqları, arxiv  - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Ermənistan parlamentinin spikeri deyir ki, Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən bütün ölkələr, bunun üçün yaxşı vasitəçi olmağa çalışacaqlar.
BAKI, 15 yanvar — Sputnik. Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar istisna deyil. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu, təbiidir.
"Məsələn, fransızların bizi gözəl gözlərimizə, tariximizə görə sevdiyini düşünəcək qədər romantik olmağa ehtiyac yoxdur, amma başqaları bizi heç sevmir demək də olmaz - bunlar nağıldır. Maraqlar ya üst-üstə düşür, ya da uyğun gəlmir", - Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən bütün ölkələr, bunun üçün yaxşı vasitəçi olmağa çalışacaqlar.

"Ancaq İrəvan da, Bakı da öz məsələlərini həll etməlidir ki, başqa ölkələrin böyük oyununda alver predmeti olmasın. İstisna etmirəm ki, birbaşa danışıqlar da ola bilər, çünki bizim belə danışıqların müsbət təcrübəsi var", - Simonyan qeyd edib.

Onun fikrincə, birbaşa danışıqlar digərini istisna etmir, əksinə, kömək edə bilər.
Bir müddət əvvəl parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib ki, Ermənistan Azərbaycandan birbaşa danışıqlar aparmaq təklifi almayıb.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ad çəkmədən Ermənistan rəsmilərinin bu və ya başqa iddialarına cavab verib, yeni ismarışlar göndərib.
Dövlət başçısı 2023-cü il sentyabr ayında həyata keçirilən antiterror tədbirlərindən sonra həm BMT-də, həm də Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcəyinə, Bakının böyük təzyiqlər altına düşəcəyinə dair Ermənistana vədlər verildiyini qeyd edərək deyib:

"Bu əməliyyat, bütün bu kommunikasiyalar Ermənistanda əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədiyi kimi tərtib edə bilərlər və bizə də kimsə təzyiq edib bizi də razı sala bilərlər. Məhz buna görə 70 gün ərzində bizim təklifimizə, - çünki burada təkliflər mübadiləsi 5-6 dəfə gedib, mətnlər göndərilir şərhlərlə, - cavab vermirdi".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0