Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda yumurta ilə bağlı bir ilk

© AFP 2023 / TENGKU BAHARYumurta satışı
Yumurta satışı - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Bu hadisə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycanın quşçuluq sektorunda ilk baş verib. Quş Əti İstehsalçıları Birliyinin yaydığı xəbərə görə, ilk dəfə olaraq ölkəmizdən xaricə damazlıq yumurta ixracı reallaşıb. Məlumatda bildirilir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyanın üzvü olan "Giləzi Quşçuluq" ASC tərəfindən Küveytə həyata keçirilən ixrac Azərbaycan quşçuları üçün çox mühüm hadisədir.

"Cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycanda quşçuluq təsərrüfatlarına göstərilən dövlət dəstəyinin real nəticəsi olaraq son 3 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. İndi isə damazlıq yumurtanın ixracına başlanılır. Bu hadisə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. İnanırıq ki, tezliklə ölkəmizin digər quşçuluq məhsullarının da ixracatçısına çevrilməsi mümkün olacaq", - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, AQTA ilə "Rosselxoznadzor" arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub.
Bu da qida təhlükəsizliyi nəzarəti sisteminin artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğun olmasından irəli gəlir.
Azərbaycan yanvarın 14-dək Rusiya Federasiyasına 2,1 milyon ədəd yumurta tədarük edib. Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına yumurta tədarükünə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yumurta satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.01.2024
RUSİYA
Azərbaycan yumurtasını Rusiya qeyd-şərtsiz idxal edir
Xəbər lenti
0