CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah ölkə ərazisində qarlı hava müşahidə olunacaq - Proqnoz

© Sputnik / Murad OrujovQarlı hava, arxiv
Qarlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti yanvarın 14-nə olan proqnozu açıqlayıb.
BAKI, 13 yanvar - Sputnik. Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gecə və səhər duman olacaq.
Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0