SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrəvan Bakı ilə sülh müqaviləsi mətninin bəzi maddələrində geriləmə görür – XİN

© AFP 2023 / EMMANUEL DUNANDBakı
Bakı  - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Erməni XİN rəhbəri xatırladıb ki, sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı birmənalı şəkildə tanınması prinsipinə əsaslanmalıdır.
BAKI, 10 yanvar — Sputnik. Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin mətninin bəzi maddələrində geriləmə görür. Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib.
"Deyərdim ki, mahiyyət etibarı ilə Azərbaycanın təkliflər mətninin bəzi maddələrində geriləmə, bir sıra digər sahələrdə isəmüəyyən irəliləyişlər görürük", - deyə Mirzoyan İrəvanda yunan həmkarı Giorgos Gerapetritislə birgə mətbuat konfransında deyib.
Erməni XİN rəhbəri xatırladıb ki, sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı birmənalı şəkildə tanınması prinsipinə əsaslanmalıdır.
"Bu, maksimum konkretliyə ehtiyac duyulan məsələdir və yekun sülh müqaviləsi bunu təmin etməlidir", - Mirzoyan bildirib.
O, izah edib ki, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və delimitasiyası məsələlərində qeyri-müəyyənlik ola bilməz, çünki belə qeyri-müəyyənlik növbəti təcavüz və eskalasiya üçün münbit zəmin yaradır.
Ermənistan XİN rəhbəri deyib: "Bizə şübhə altına alınmayan sülh lazımdır".
O, həmçinin suverenlik, bərabərlik və qarşılıqlılıq əsasında regional kommunikasiyaların açılamsının vacibliyini bəyan edib.
İrəvanla Bakı arasında birbaşa danışıqların mümkünlüyü ilə bağlı sualı cavablandıran Mirzoyan deyib ki, mahiyyət etibarı ilə danışıqlar həmişə birbaşa olub.
"Biz müxtəlif paytaxtlarda görüşdük, bu görüşləri təşkil edən ölkələr olub, konstruktiv təkliflər irəli sürməyə çalışıblar, lakin danışıqlar həmişə ikitərəfli olub" - Mirzoyan bildirib.
Onun sözlərinə görə, bütün çağırışlara və çətinliklərə baxmayaraq, Ermənistan Cənubi Qafqazda sülhə nail olmaq əzmindədir.
"Ümid edirik ki, konstruktiv yanaşma və siyasi iradə ilə çox yaxın gələcəkdə sülh prosesində nəzərəçarpacaq nəticələr əldə oluna bilər" - Mirzoyan əlavə edib.
2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. 2023-cü il may ayının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Azərbaycanın Sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır. Azərbaycan lideri İlham Əliyev İrəvanın mövqeyini dəyişmədiyi təqdirdə Azərbaycan və Ermənistanın 2023-cü ilin sonuna qədər sülh müqaviləsi imzalaya biləcəyini istisna etməyib.
Xəbər lenti
0