Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu açıqlayıb

© AFP 2023 / Brendan SMIALOWSKIBank
Bank - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Bundan əvvəl BMT 2024-cü il üzrə Azərbaycanda ÜDM-in 2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində artacağını proqnozlaşdırıb.
BAKI, 10 yanvar — Sputnik. Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.
Bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.
DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 2,4%, 2025-ci ildə 2,5% artacağını proqnozlaşdırıb. Dünya Bankı, həmçinin 2023-cü ildə Azərbaycanda iqtisadi artımın 1,5% təşkil etdiyini açıqlayıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8%, inflyasiya isə 9,4% təşkil edib.
Xatırladaq ki, bundan əvvəl BMT 2024-cü il üzrə Azərbaycanda ÜDM-in 2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində artacağını proqnozlaşdırıb.
Xəbər lenti
0