DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Ukrayna ilə bağlı İstanbul danışıqlarının bərpasını təklif edəcək

© iStock.com / Diy13Флаг России и Украины
Флаг России и Украины - Sputnik Azərbaycan, 1920, 09.01.2024
Abunə olmaq
Moskva əvvəllər dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub.
BAKI, 9 yanvar — Sputnik. Ukraynadakı münaqişənin həlli üçün vasitəçilik səyləri Ankaranın 2024-cü ildəki xarici siyasət hədəflərinə daxildir vəTürkiyə İstanbul danışıqlar prosesinin bərpasını təklif edəcək. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, İstanbulda aparılan danışıqlarda Ukraynada demilitarizasiya məsələləri razılaşdırılıb: "İndi razılığa gəlmək və ya problemi güc yolu ilə həll etmək mümkündür".
"Cənab prezident Rəcəb Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə son telefon danışığında bu prosesə Ankaranın hazır olduğunu bir daha təkrarladı. Bu siqnallar tərəflərə veriləcək", - agentliyin həmsöhbəti bildirib.
Moskva əvvəllər dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur.
Kreml qeyd edib ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür.
Xəbər lenti
0