DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qəzzada döyüşlər 2024-cü il ərzində davam edəcək - Baş qərargah

© AP Photo / Ohad Zwigenbergİsrail hərbçiləri
İsrail hərbçiləri - Sputnik Azərbaycan, 1920, 09.01.2024
Abunə olmaq
İsrail ordusu İordan çayının qərb sahilində sayıqlığını davam etdirəcək, həmçinin şimalda şiə Hizbullah təşkilatının silahlı birləşmələri ilə mübarizə aparacaq.
BAKI, 9 yanvar — Sputnik. Qəzza zolağında döyüşlər 2024-cü il boyunca davam edəcək. Bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə görüş zamanı deyib.
Halevi qeyd edib ki, İsrail ordusu İordan çayının qərb sahilində sayıqlığını davam etdirəcək, həmçinin şimalda şiə Hizbullah təşkilatının silahlı birləşmələri ilə mübarizə aparacaq.
Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsindən və 240-dan çox uşaq, qadın girov götürüləndən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edib. Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başladığını elan edib. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Xəbər lenti
0