DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail İranın PUA hücumuna cavab olaraq Livana zərbələr endirib

© AP Photo / Ariel Schalitİsrail Hava Qüvvələrinə məxsus qırıcı təyyarə
İsrail Hava Qüvvələrinə məxsus qırıcı təyyarə - Sputnik Azərbaycan, 1920, 14.04.2024
Abunə olmaq
Cavab olaraq, ordunun qırıcıları və artilleriyası Əl-Harayib, Vardiya və Xilat əd-Dəba bölgələrində “Hizbullah” terrorçularının hədəflərinə zərbələr endirib.
BAKI, 14 aprel - Sputnik. İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib.
Bu barədə İsrail ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələri istiqamətində buraxılıb.
“Cavab olaraq, ordunun qırıcıları və artilleriyası Əl-Harayib, Vardiya və Xilat əd-Dəba bölgələrində “Hizbullah” terrorçularının hədəflərinə zərbələr endirib” - açıqlamada deyilir.
Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.
02.01.24, 22:20
İsrail Livanın paytaxtına PUA zərbələri endirib, ölənlər var
İsrail pilotsuz uçuş aparatları ilə Livanın paytaxtı Beyrutu vurub.
RİA Novosti-nin xəbərinə görə, bu barədə Livanın NNA agentliyi məlumat yayıb.
Zərbələr Əl-Müşərrəfiyyə bölgəsində Fələstinin HAMAS radikal hərəkatının ofisinə endirilib.
Əraziyə təcili yardım maşınları cəlb olunub. Zərbələr nəticəsində HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri həlak olub. Ondan başqa hərəkatın daha 3 fəalının öldürüldüyü bildirilir. Ölənlər arasında HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam briqadalarının iki komandirinin də olduğu deyilir.
Dron hücumu zamanı baş verən partlayışlarda ən az 6 nəfərin öldüyü, xeyli sayda yaralının olduğu bildirilir.
Bu, 2006-cı ildən bəri İsrailin Beyruta ilk zərbəsidir.
Xəbər lenti
0