Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Faiq Qarayev yenidən voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilib

© Photo : REPORTFaiq Qarayev
Faiq Qarayev  - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
64 yaşlı mütəxəssis bu postda türkiyəli Ataman Güneyligili əvəzləyib.
BAKI, 27 dekabr - Sputnik. Faiq Qarayev yenidən voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilib.
"Report"un məlumatına görə, təqdimat Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında gerçəkləşib.
Qurumun prezidenti Şahin Bağırov təyinatı açıqlayıb.
64 yaşlı mütəxəssis bu postda türkiyəli Ataman Güneyligili əvəzləyib.
Müxtəlif vaxtlarda yığmanın "sükanı arxasında" olan təcrübəli baş məşqçi son dəfə 2018-ci ildə Yaponiyada təşkil olunan dünya çempionatında komandaya rəhbərlik edib.
Xəbər lenti
0