DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Roma Papası Azərbaycan və Ermənistan üçün dua etdiyini deyib

© AP Photo / John LocherPapa Fransisk, arxiv
Papa Fransisk, arxiv - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Roma Papası Suriya, Yəmən, Livan və Ukrayna kimi digər ölkələrdəki insanların rifahı üçün dua etdiyini qeyd edib.
BAKI, 25 dekabr — Sputnik. Papa Fransisk "Şəhərə və dünyaya" (Urbi et Orbi) müraciətində dünya sülhü üçün səy göstərməyə çağırıb. Bu barədə Vatikan xəbərləri məlumat yayıb.
Papa Müqəddəs Pyotr meydanında dindarlara müraciət edərək sülhə "hə", müharibələrə isə "yox" deməyə çağırıb. O, həmçinin silahlara "yox" deməyə çağırıb. Onun fikrincə, silah istehsalı və satışı artdıqca sülhə nail olmaq daha çətinləşir.
Fransisk yenidən Fələstin-İsrail münaqişəsinin sona çatması üçün dua edib, Qəzza zolağı və bütün bölgə xalqına başsağlığı verib. O, həmçinin qeyd edib ki, ürəyi oktyabrın 7-də törədilən qəddar hücumun qurbanları üçün kədərlənir. Papa Həmas-ın Qəzza zolağında saxladığı girovları azad etməyə çağırış edib.
Roma Papası Suriya, Yəmən, Livan və Ukrayna kimi digər ölkələrdəki insanların rifahı üçün dua etdiyini qeyd edib.
Digər məsələlərlə yanaşı, pontifik Ermənistan və Azərbaycanın xüsusilə humanitar proqramların həyata keçirilməsi yolu ilə sabit sülhə yaxınlaşması üçün dua etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0