Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Naxçıvanda dövlət qulluğunda vəzifələrə aid qruplar üzrə test imtahanı keçirilib

© Photo : Ministry of Science and Education Republic of AzerbaijanMüəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları - Sputnik Azərbaycan, 1920, 24.12.2023
Abunə olmaq
Dekabrın 25-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
BAKI, 24 dekabr - Sputnik. Naxçıvanda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahan Naxçıvan şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 36 nəzarətçi‑müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.
Dekabrın 25-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanın nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
17.12.23, 17:20
Naxçıvanda təyyarə reysi gecikdiyi üçün dövlət qulluğuna qəbul imtahanı təxirə salınıb
Naxçıvanda təyyarə reysi gecikdiyi üçün dövlət qulluğuna qəbul imtahanı təxirə salınıb.
Bu barədə DİM-dən bildirilib.
Səhər saatlarında Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı 24 dekabr 2023-cü il tarixinə dəyişdirilib.
Namizədlər bu imtahan üçün buraxılış vərəqəsini növbəti həftə ərzində (imtahana 3 gün qalmış) çap edə biləcəklər.
Yeni buraxılış vərəqələri sayta yerləşdiriləndə məlumat paylaşılacaq.
Xəbər lenti
0