Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qırmızı dənizdə təhlükə – Azərbaycan neft nəqlinin marşrutunu dəyişəcəkmi?

© Sputnik / Виталий Тимкив / Mediabanka keçidNeft tankeri, arxiv şəkli
Neft tankeri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
Husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə hücum təhlükəsi neft bazarında artıq mövcud olan tanker böhranının üzərinə gəlir.
BAKI, 20 dekabr — Sputnik. Yəmənin Ənsar Allah (Husi) qruplaşmasının Qırmızı dənizdən keçən ticarət gəmilərini atəşə tutması bir çox neft və logistika şirkətinin tədarük marşrutlarını dəyişməsinə səbəb olub.
Belə ki, "BP", "Maersk" və bir sıra digər şirkətlər Qırmızı dəniz vasitəsilə daşımaları həyata keçirməkdən imtina etdiklərini bəyan ediblər. Eekspertlər daha çox şirkət və ölkənin tezliklə ixrac tədarüklərini başqa istiqamətə yönləndirəcəyini gözləyirlər.
Xam neftinin bir hissəsini də Qırmızı dəniz vasitəsilə Asiya bazarlarına çıxaran Azərbaycan ixrac marşrutunu dəyişəcəkmi?
Azərbaycanın rahat olması və pulları sayması lazımdır
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov hesab edir ki, Azərbaycan və ya məsələn, Qazaxıstan neftinin tədarükü marşrutunu dəyişməyə ehtiyac yoxdur, çünki bu ölkələrdən "qara qızıl" əsasən Avropa bazarına satılır.

"Rusiya nefti Asiyaya getdikdən sonra Avropaya neft satmaq Qazaxıstan və Azərbaycan üçün sərfəli oldu, çünki avropalılar onların xammalını məmnuniyyətlə alırlar", - deyə Yuşkov "Sputnik Azərbaycan"a müashibəsində bildirib.

Ekspert hesab edir ki, bu səbəbdən Azərbaycan və Qazaxıstanın Qırmızı dənizdəki Bab Əl-Məndəb boğazına ehtiyacı yoxdur, çünki bu ölkələrin əsas neft müştəriləri Avropadadır.
Yuşkov qeyd edib ki, əgər qısa nəqliyyat məsafəsində Avropa bazarı varsa, bu ölkələrin Asiyaya neft daşımasının mənası yoxdur.
© AFP 2023 / OSMAN KARIMOVBakıda neft buruqları
Нефтяные насосы на Баилово, Баку - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Bakıda neft buruqları
"Bu baxımdan nə Qazaxıstan, nə də Azərbaycan uduzmayacaq, əksinə, onlar qazanacaqlar, çünki onlar özlərinə yaxın olan bazarlarda qalacaqlar və bu vəziyyətə görə qiymətlər də artacaq. Azərbaycan və Qazaxıstan hazırda rahat ola və pullarını saya bilərlər", - deyə ekspert bildirib.
Yuşkovun sözlərinə görə, Azərbaycan neftinin bir hissəsi hətta Asiyaya da gedirsə, o zaman neftin başqa marşrutla tədarük ediləcəyi barədə hələlik heç bir açıqlama yoxdur. Bundan əlavə, məsələn, Qazaxıstanda neft onu çıxaran xarici şirkətlərə məxsusdur. Qazaxıstan neftinin dünya bazarına çıxarılması isə Qazaxıstan hökuməti üçün deyil, neft hasil edən şirkətlər üçün başağrısıdır.

"Azərbaycanda vəziyyət daha mürəkkəbdir, çünki böyük həcmlər ölkənin Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsusdur. Lakin şirkət hələ heç nə açıqlamayıb və ixrac davam edir. Necə ki, Rusiya nefti Asiyaya problemsiz gedir", - deyə ekspert qeyd edib.

Böhran üzərinə böhran
Yuşkovun sözlərinə görə, husilərin Qırmızı dənizdəki hərəkətləri neftin qiymətinin hər hansı fəlakətli artmasına səbəb olmayacaq, çünki söhbət dünya bazarında tədarük həcminin azalmasından getmir.
"Əgər Fars körfəzinin Hind okeanına çıxışı olan Hörmüz boğazı qəfil bağlansaydı, o zaman Küveyt, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətərdən nefti bazara çıxarmaq mümkün olmayacaqdı – neftin böyük bir hissəsi orada "ilişib qalacaqdı". O zaman bu dünya bazarı üçün şok olardı, çünki ümumi tədarükün həcmi azalacaqdı. Biz Bab-Əl-Məndeb boğazından danışanda burada problem logistikanın bahalaşacağındadır, çünki boğazdan və Süveyş kanalından keçən bu tankerlər hazırda Ümid burnu ilə Afrikanın ətrafından dolaşıb keçirlər", - deyə "Sputnik Azərbaycan"ın həmsöhbəti bildirib.
Ekspert hesab edir ki, neftin tədarükü üçün daha uzun marşrut əlavə xərcə çevriləcək və bu, son nəticədə neftin yekun dəyərinə daxil ediləcək - onun qiymətləri artıq yüksəlir.
© AFP 2023 / KHALED ZIADQırmızı dənizdə Yəmən Sahil Mühafizə Xidmətinin kateri
Береговая охрана Йемена патрулирует на Красном море - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Qırmızı dənizdə Yəmən Sahil Mühafizə Xidmətinin kateri
Bu vəziyyət mövcud tanker çatışmazlığı fonunda baş verir. Belə ki, 2022-ci ildə, neft bazarı yenidən qurulmağa başlayanda və Rusiya nefti Avropadan fəal şəkildə "qovulmağa" başlandıqda, bunun nəticəsində Rusiya Federasiyasından "qara qızıl" Asiya bazarlarına, ilk növbədə Hindistana getdi. Hindistana tədarükdə lider olan ölkələr, məsələn, Rusiya Federasiyası əvəzinə İraq və Səudiyyə Ərəbistanı isə öz neftini Asiya bazarından Avropa bazarına yönləndirdilər.

"Lakin əvvəllər bazarlar iqtisadi baxımdan qurulurdu və məsələn, Leninqrad vilayətinin limanlarından Rusiya Federasiyası nefti Amsterdama, yaxud Novorossiysk limanlarından Avropanın cənubuna çatdırırdı. İraq və Səudiyyə Ərəbistanı isə xammalı özlərinə yaxın Hindistanın limanlarına verirdilər. Yəni hamısı qısa nəqliyyat məsafəsinə malik idi. Beləliklə, əvvəllər eyni həcmdə neft kiçik və daha az sayda tankerlərlə daşınırdı. Hazırda isə bütün bu həcmləri daşımaq üçün daha çox tankerlər lazımdır", - deyə Yuşkov bildirib.

Onun fikrincə, bu aspekt neftin qiymətini yüksəldir. Eyni zamanda, bu vəziyyətin nə qədər davam edəcəyi də bəlli deyil.
"ABŞ koalisiya qurur və husilərin hücumunun qarşısını almağa çalışır. Lakin əvvəlki illərdə husilərlə müharibə o qədər də uğurlu alınmayıb. Xüsusilə, Səudiyyə Ərəbistanı ilə uzun illər müharibə aparıblar. Krallıq bütün büdcəsi, müdafiə imkanları, silahları ilə onlarla bacarmadı. Ona görə də ABŞ-ın Qırmızı dənizdə təhlükəsizliyi təmin edə biləcəyi hələ bəlli deyil", - ekspert belə hesab edir.
Yuşkov qeyd edib ki, ikinci sual odur ki, görəsən, husilər istənilən gəmiyə hücum edəcəklər, yoxsa seçim edəcəklər? Yəni, Rusiya neftini daşıyan gəmilər boğazdan təhlükəsiz keçə biləcəklərmi? Ekspert qeyd edib ki, indiyədək heç bir Rusiya və ya Çin şirkəti marşrutun dəyişməsi barədə açıqlama verməyib.

"Əgər husilər seçim edərək zərbə vursalar, neft bazarında rəqabət üstünlüyü əldə etsək, bu hekayə bizim üçün kifayət qədər sərfəli ola bilər", - deyə Yuşkov sözünü yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0