CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL-dan Naxçıvana gedənlərə xəbərdarlıq

© Photo : AZALAZAL təyyarəsi, arxiv şəkli
AZAL təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Abunə olmaq
AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıranlara aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.
BAKI, 19 dekabr — Sputnik. Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıranlara aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.
Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.
Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0