DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Yaxın Şərqdə daha bir müharibəyə başlamağa hazırlaşır

© AFP 2023 / KHALED ZIADYəmən dövlətinə sadiq silahlı şəxs ölkənin qərbində Hodeyda vilayətində binokla baxır, arxiv şəkli
Yəmən dövlətinə sadiq silahlı şəxs ölkənin qərbində Hodeyda vilayətində binokla baxır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Abunə olmaq
Qərb səhv edir, problem Yəmən və ya İranda deyil, İsraildədir.
BAKI, 19 dekabr — Sputnik. ABŞ və Avropa İttifaqı (Aİ) Yəməndə yeni silahlı münaqişəyə başlaya bilər.
Bunu Malayziyanın "New Straits Times" qəzetinin jurnalistləri qeyd ediblər.
"Əlbəttə ki, ABŞ və bəlkə də Avropa İttifaqı sionist aparteid (müsəlman ölkələri İsraili aparteiddə ittiham edir. - Red.) rejiminin fələstinlilərə qarşı vəhşiliklərini görməyərək, Yəməndə yeni bir müharibəyə başlayacaq" - məqalədə deyilir.
Müəlliflərin fikrincə, ABŞ öz müttəfiqləri ilə Yəməni Əfqanıstan, İraq və Suriyaya çevirməyə hazırlaşır.
"The New Straits Times" qəzeti qeyd edib ki, kollektiv Qərb ölkələri, xüsusilə də ABŞ Qəzza zolağındakı hərəkətlərinə görə İsrailin "sistemli şəkildə cəzasız qalmasına" qarşı hər hansı bir tədbir görməkdən imtina etdiyi müddətcə münaqişənin anklavdan kənara da yayılması üçün hər cür şans var.
Məqalədə vurğulanıb ki, Qərb səhv edir və problem Yəmədən və ya İranda deyil, İsraildədir. Jurnalistlərin fikrincə, beynəlxalq ictimaiyyət fələstinlilərə 1967-ci il sərhədləri ilə paytaxtı Şərqi Qüdsdə müstəqil Fələstinə zəmanət verənə qədər və İsrailin baş naziri Benyamin Netanyahu və onun kabinet üzvləri "müharibə cinayətlərinə"görə məsuliyyətə cəlb olunmayana qədər Yaxın Şərqdə sülh olmayacaq.
HƏMAS qruplaşmasının İsrailə hücumundan və İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi TSAXAL əməliyyatından bir neçə gün sonra "Ənsar Alla" (husilər) şiə qruplaşmasının liderləri yəhudi dövlətinə qarşı fələstinlilərlə birlikdə döyüşməyə hazır olduqlarını açıqlayıblar.
Ardınca husilər İsrailə zərbələr endirməyə, dənizdə isə ABŞ və İsrail gəmilərinə hücum edərək ekipajlarını əsir götürməyə başlayıblar.
Xəbər lenti
0