Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan taekvondoçusu Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

© AFP 2023 / ED JONESAzərbaycan taekvondoçusu, arxiv şəkli
Azərbaycan taekvondoçusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2023
Abunə olmaq
Yarışın təsnifat mərhələsinin qalibi olan Maqomedov bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
BAKI, 17 dekabr - Sputnik. Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
58 kq çəkidə mübarizə aparan milli üzvü bu uğura Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında imza atıb.
Yarışın təsnifat mərhələsinin qalibi olan Maqomedov bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaşım 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək yarımfinala yüksəlib. O, bu dəfə Bakıda dünya çempionatında uduzduğu çinliyə qalib gəlib. Taekvondoçumuz finalda son dünya çempionunu da məğlub edərək həm qızıl medala yiyələnib, həm də Olimpiadaya lisenziyaya sahib olub.
Bu, taekvondo yığmamızın Paris-2024 Yay Olimpiya Oyunlarına ilk vəsiqəsidir.
Xəbər lenti
0