Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Prezidenti Serbiyadadır

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının prezidenti İlham Əliyev, arxiv
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, arxiv - Sputnik Azərbaycan, 1920, 10.12.2023
Abunə olmaq
İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gəlib.
BAKI, 10 dekabr - Sputnik. Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gəlib. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşılayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0