CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün nə bayramıdır: 6 dekabr

© Sputnik6 dekabr
6 dekabr - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib. Bütün bu hadisələr haqqında daha ətraflı Sputnik Azərbaycan-ın icmalında.
BAKI, 6 dekabr — Sputnik. Dekabrın 6-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün tarixə düşən hadisələr də baş verib.
6 dekabrda kimlər anadan olub?
Jozef Lui Gey-Lüssak (1778-1850) - fransız kimyaçısı və fizikdir. O, öz adını daşıyan iki qaz qanununu kəşf edib, bor elementini təcrid edib, sianid turşusunu əldə edib, kimyəvi analiz üsullarını və sulfat turşusunun istehsal texnologiyasını təkmilləşdirib. Onun adı Eyfel qülləsinin birinci mərtəbəsində yerləşən Fransanın ən böyük alimləri siyahısına daxil edilib.
Nikolay Batalov (1899–1937) - Rusiyanın teatr və kino aktyoru, Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) əməkdar artistidir. Tamaşaçılar onu "Üçüncü meşşanlıq", "Üfüq", "Çoban və çar", "Batan gəminin xəzinəsi", "Üç yoldaş" filmlərindəki rollarına görə xatırlayırlar.
Naum Eytinqon (1899-1981) - Sovet kəşfiyyatçısı, dövlət təhlükəsizliyi general-mayorudur. Böyük Vətən Müharibəsi illərində düşmən cəbhəsinin arxa hissəsində qurulan partizan hərəkatının təşkilatçısıdır.
Vladimir Naumov (1927-2021) - Rusiyanın kinorejissoru, ssenaristi, aktyoru, prodüseri, SSRİ xalq artistidir.
Tom Hals (1953) ABŞ aktyoru, müğənnisi və prodüseridir. "Emmi" və "Toni" mükafatlarının laureatıdır, həmçinin "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.
Mixail Yevdokimov (1957-2005) - rusiyalı komediyaçısı, parodist, aktyor, müğənni, teleaparıcı və Rusiya Federasiyasının əməkdar artistidir.
Aleksandr Baluyev (1958) - rusiyalı teatr, kino və dublyaj aktyoru, rejissor və Rusiya Federasiyasının xalq artistidir.
Dekabrın 6-da dünyada baş verən tarixi hadisələr
1917-ci ildə Finlandiya parlamenti Rusiyadan ayrılaraq müstəqil dövlət statusu almaq üçün müraciət qəbul edib. 6 dekabr milli bayram - Finlandiyanın Müstəqillik Günüdür.
1921-ci ildə İngiltərə-İrlandiya müqaviləsi imzalanıb, ona əsasən düz bir il sonra (6 dekabr 1922-ci il) İrlandiya müstəqillik qazanıb.
1946-cı ildə mikrodalğalı soba üçün patent verilib. Bu, amerikalı mühəndis Persi Spenser tərəfindən icad edilib.
1978-ci ildə İspaniya ümumi referendum zamanı ölkənin konstitusiyasını qəbul edib.
2006-cı ildən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məhz 1881-ci ilin bu günü ölkədə ilk telefon xətti istifadəyə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0