DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə güclü zəlzələ baş verib

© AFP 2023 / RUSLAN PRYANIKOVSeysmoqraf, arxiv
Seysmoqraf, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Türkiyənin Fövqəladə Halların İdarəolunması Mərkəzindən verilən məlumata görə, zəlzələ təxminən 9 kilometr dərinlikdə qeydə alınıb.
BAKI, 4 dekabr — Sputnik. Türkiyədə 5.1 bal gücündə zəlzələ olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Mərkəzindən (AFAD) bildirilib.
Qeyd olunub ki, zəlzələ Mərmərə dənizində qeydə alınıb.
Bildirilir ki, zəlzələ təxminən 9 kilometr dərinlikdə baş verib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0