Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məşhur müğənninin atası metroda can verib

© Sputnik / Murad OrujovÇinarə Məlikzadə
Çinarə Məlikzadə - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
61 yaşlı Məlik Ağalar oğlu Məlikzadə qəflətən ürəktutmadan dünyasını dəyişib.
BAKI, 30 noyabr - Sputnik. Ötən gün Bakı metrosunun "Nəriman Nərimanov" stansiyasında vəfat edən şəxsin kimliyi məlum olub.
O, müğənni Çinarə Məlikzadənin atası Məlik Məlikzadədir. Bu barədə məlumatı aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yayıb.
61 yaşlı Məlik Ağalar oğlu Məlikzadə qəflətən ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, Məlik Məlikzadə stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib. “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.
Tanınmış Azərbaycanlı ifaçı Çinarə Məlikzadə, 10 oktyabr 1990-cı ildə Bakı şəhərində dünyaya gəlib. Kiçik yaşlarından musiqiyə marağı olan Çinarə bəstəkar Oqtay Zülfüqarovdan musiqi dərsləri alıb. 5 il boyunca musiqi məktəbində fortepiano üzrə təhsil alıb. “Pöhrə” , “Yeni Ulduz” və Türkiyə’də “O Ses Türkiye” kimi mahnı müsaqibələrində iştirak edib.
Çinarə Məlikzadə, Mustafa, Haluk Levent, Rafet El Roman kimi Türkiyə’nin tanınmış sənətçiləri ilə duet edib və bərabər səhnəyə çıxıb.
Sosial şəbəkə vasitəsilə məşhurlaşan və qısa bir zamanda televiziyaların ulduzuna çevrilən Çinarə Məlikzadə 2017-ci ildə "Gedək üzü küləyə" manısı ilə tanınıb.
Xəbər lenti
0