Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Azad olunmuş ərazilərdə 5500 nəfər məskunlaşacaq

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 24.11.2023
Abunə olmaq
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri əlavə edib ki, Soltanlı kəndi Cəbrayıl rayonunu ərazisində artıq 5-ci yaşayış məntəqəsidir.
BAKI, 24 noyabr — Sputnik. 2026-cı ilə qədər ümumilikdə 100 yaşayış məntəqəsinin bərpa olunması və təxminən 140 min nəfər əhalinin işğaldan azad olunmuş ərazilərə qayıtması nəzərdə tutulur.
Bunu işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, 100 yaşayış məntəqəsinin əhəmiyyətli hissəsinin 68-i Şərqi Zəngəzur iqtisadi rayonuna aiddir: "Bu gün çox əlamətdar gündür. Bu gün Soltanlı kəndinin, işğaldan azad olunmuş ərazilərdə növbəti yaşayış məntəqəsinin təməli qoyuldu. Bu Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində aparılan çox genişmiqyaslı işlərin bir hissəsidir. Daha bir uğurumuzdur. Bilirsiniz ki, bu proqram çərçivəsində 2026-cı ilə qədər ümumilikdə 100 yaşayış məntəqəsinin bərpa olunması və təxminən 140 min nəfər əhalinin bu ərazilərə qayıtması nəzərdə tutulur".
Bütün şəhərlərin Baş planları üzərində işlərin başa çatdığını bildirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilin sonuna qədər 5000-dən artıq, təxminən 5500 nəfərin müxtəlif yaşayış məntəqələrində məskunlaşacağını da əlavə edib: "Bütün şəhərlərin Baş planları üzərində iş başa çatıb. Şəhərlərdə genişmiqyaslı tikinti gedir. Bildiyiniz kimi, Füzuli, Laçın kimi bəzi şəhərlərimizə artıq əhali köçüb və məskunlaşıb. Digər yaşayış məntəqəsinə yenə də əhali köçüb. Bu hər gün davam edən prosesdir. Bu gün Füzuliyə daha bir qrup əhali köçürülüb".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri əlavə edib ki, Soltanlı kəndi Cəbrayıl rayonunu ərazisində artıq 5-ci yaşayış məntəqəsidir.
Anar Quliyev bu kənddə 6 mindən çox əhalinin yaşaması üçün şəraitin yaradılacağını da vurğulayıb.
"Soltanlı kəndi Cəbrayıl rayonu ərazisində artıq 5-ci yaşayış məntəqəsidir ki, bərpasına başlanılıb. Şəhərdən sonra 3 kənddə də buna qədər işlər başlanılmışdır. Bu gündən etibarən Soltanlı bərpa olunacaq. Soltanlının xüsusi yeri var. Çox strateji mövqeyə malik böyük kənddir. Əsas nəqliyyat dəhlizi, logistik mərkəz, o cümlədən nəqliyyat yolu rolunu oynayacaq. Çox əhəmiyyətli azad iqtisadi zonanın yaxınlığında yerləşən yaşayış məntəqəsidir. Bu da təbii ki, kəndin planlaşdırılmasını şərtləndirən amillərdən biridir. Eyni zamanda, kəndin əvvəllər işğaldan əvvəl mövcud olmuş nəqliyyat, yol-küçə şəbəkəsi əsas götürülüb. Təbii landşaft əsas götürülüb. İnşallah, bu kənddə 6 mindən çox əhalinin yaşaması üçün şəraitə malik olacaq. Burda həm fərdi evlər, hansılar ki, çoxluq təşkil edəcək, nəzərdə tutulub".
Soltanlı kəndində aparılacaq işlər barədə məlumat verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri onu da əlavə edib ki, kənddə mənzillərin həm fərdi, həm də çoxmənzilli şəkildə inşa olunması nəzərdə tutulub: "Amma eyni zamanda, 4-5 mərtəbəli binalar inşa olunacaq. Ətrafda artıq qeyd etdiyim böyük sayda iş yerləri ilə yanaşı, kəndin özündə də kənd təsərrüfatı məhsullarının emalı, müvafiq anbarlar və bir sıra sosial obyektlər həmin sakinlər üçün iş yerləri deməkdir. Kəndin öz xəstəxanası, məktəbi, inzibati binası olacaq, digər sosial müəssisələr, idman kompleksi və yaşayış üçün zəruri olan infrastruktur ən yüksək səviyyədə yaradılacaq".
Komitə sədri həmçinin, qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin planlaşdırılması işi hazırda da davam etdirilir: "Qeyd olunan 100 yaşayış məntəqəsinin təxminən 80 faizinin Baş planları artıq bu il bitəcək. Növbəti ildən qalan hissənin də icrası həyata keçiriləcək. 2026-cı ildən bu proqramla bu günə nəzərdə tutulan yaşayış məntəqələrinin hamısı addım-addım layihələndiriləcək və öz sakinlərini qəbul edəcək".
Xəbər lenti
0