Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yevlaxdakı qaraçılar arasında da hepatit A virusu yayılıb? Rəsmi açıqlama

© AFP 2023 / KENZO TRIBOUILLARDDilənçilər, arxiv şəkli
Dilənçilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
Eksklüziv
Yevlax rayon GEM-indən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.
BAKI, 17 noyabr — Sputnik. Yevlaxda "qaraçılar" kimi tanınan köçəri tayfanın kompakt yaşadığı ərazilərdə də Hepatit A virusu yayılıb. Bu barədə Sputnik Azərbaycan-a Yevlax sakinləri məlumat verib.
Sakinlər bildiriblər ki, Mingəçevirdən sonra Yevlaxda da "qaraçılar" kimi tanınan köçəri tayfa nümayəndələri Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) kütləvi müraciət edirlər.
Yevlax sakinləri virusla bağlı ciddi narahatlıqдarını ifadə ediblər. Bildiriblər ki, el arasında "sarılıq" adlanan bu xəstəlik müalicəyə tabe olsa da, qaraciyərdə xroniki iz qoyduğundan virusun yayılmasından narahatdırlar.
© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidQan analizi, arxiv
Пробирки с кровью - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Qan analizi, arxiv
Sputnik Azərbaycan Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlayıb. Rayon GEM-indən iş vaxtının başa çatdığını söyləyərək dəstəyi asıblar.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdilər ki, Yevlaxda Hepatit A virusunun tək-tək hallarda yayılması qeydə alınıb.

"Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tibbi müşahidələr aparılıb, dezinfeksiya tədbirləri gücləndirilib, əks epidemik tədbirlər davam etdirilir. Ətraf mühitdən laborator müayinələr həyata keçirilib", - deyə bildirilib.

Qeyd edək ki, Mingəçevir şəhərində uşaqlar arasında Hepatit A virusuna yoluxma qeydə alınıb.
TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Uşaqların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.
Mingəçevir şəhərində uşaqlar arasında tək-tək hallarda Hepatit A xəstəliyi qeydə alındığını Səhiyə Nazirliyi də təsdiqləyib. Nazirlikdən bildirilib ki, bununla əlaqədar, şəhər GEM-i tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib. Ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib.

"İnfeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb. Hepatit A virusuna yoluxma fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət- təmas yolu ilə baş verir. Xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət və keyfiyyətli içməli sudan istifadə edilməlidir", - məlumatda bildirilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0