DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pentaqon əmindir ki, F-16-ların Kiyevə çatdırılması güc balansını dəyişməyəcək

© AFP 2023 / KENZO TRIBOUILLARDF-16
F-16 - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Abunə olmaq
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendal bildirib ki, vəziyyət əsaslı şəkildə dəyişməyəcək. Bununla belə, bu tədbir Ukrayna qoşunlarına "potensial artım" verəcək.
BAKI, 16 noyabr — Sputnik. F-16 qırıcı-bombardmançılarının Ukraynaya təhvil verilməsi münaqişə zonasında qüvvələr balansını əsaslı şəkildə dəyişməyəcək.
Bunu "Politico"nun keçirdiyi konfransda çıxış edən ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall bəyan edib.
Nazirin sözlərinə görə, vəziyyət əsaslı şəkildə dəyişməyəcək. Bununla belə, bu tədbir Ukrayna qoşunlarına "potensial artım" verəcək.
"Ancaq mən deməzdim ki, bu, qüvvələr balansını kökündən dəyişəcək", - deyə o vurğulayıb.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri 20 gün ərzində Kiyevə vəd edilən bütün F-16-ları vura biləcək.
Xəbər lenti
0